Hərbi Prokurorluqda Heydər Əliyevin xatirəsi anılıb

Hərbi Prokurorluqda Heydər Əliyevin xatirəsi anılıb
  11 Dekabr 2019    Oxunub:1647
Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Hərbi Prokurorluğun mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında yaradılmış “Heydər Əliyev guşəsi”ndə ulu öndər Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyub, dünya şöhrətli siyasətçinin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Mərasimdə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini-Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev ömrü boyu qəlbi vətən sevgisi ilə döyünən, milli-mənəvi dəyərlərə sıx bağlı olan, müstəqilliyə gedən yolumuzu nurlandıran, Vətənini və xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxaran, hər bir çətin şəraitdən ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyevin dünya və Azərbaycan tarixində rolundan danışıb. Həmçinin Ulu Öndərin demokratik, hüquqi dövlət quruculuğu və ölkəmizin qüdrətlənməsi istiqamətində həyata keçirdiyi tədbirlər və gördüyü nəhəng işlər barədə ətraflı məlumat verib.

Dahi şəxsiyyətin zəngin və mənalı həyatı, çoxşaxəli fəaliyyəti və misilsiz xidmətlərindən bəhs edən Hərbi prokuror qeyd edib ki, şərəfli və mənalı ömür yolunun 34 ilini ölkəmizin rəhbəri kimi dövlətimizin tərəqqisinə və xalqımızın rifahına həsr edən ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq əbədiyaşarlıq qazanıb. Azərbaycanın gələcəkdə dövlət müstəqilliyinin elan edilməsi üçün real əsaslar, yeni suveren bir ölkə kimi qarşılaşa biləcəyi mühüm məsələlərin həlli yolları hələ Ulu Öndərin sovet hakimiyyəti illərində respublikamıza birinci rəhbərliyi dövründə formalaşdırılıb. Bugünkü sarsaılmaz müstəqilliyimiz məhz həmin dövrdə ümummilli lider Heydər Əliyevin Azərbaycanın sosial, iqtisadi, siyasi və mədəni yüksəlişi üçün həyata keçirdiyi tədbirlər, milli şüurun oyanması istiqamətində gördüyü əhəmiyyətli işlər nəticəsində mümkün olub. Azərbaycanın müstəqilliyinin davamlılığı və suveren siyasət həyata keçirməsi böyük şəxsiyyət Heydər Əliyev tərəfindən möhkəm təməl üzərində qurulan və uğurla davam etdirilən dövlətçilik ənənələri sayəsində təmin edilib.

Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin növbəti dəfə hakimiyyətə qayıdışı ərəfəsində ölkədə anarxiya və xaos hökm sürürdü. Hakimiyyət nümayəndələrinin xalq və dövlətin deyil, ayrı-ayrı şəxslərin maraqlarına xidmət etməsi iqtisadiyyatı iflic vəziyyətə salmış, ölkədə ictimai-siyasi sabitlik pozulmuşdu. Bütün bunlar tarixi torpaqlarımızın işğal olunması ilə nəticələnmiş, eyni zamanda, vətəndaş müharibəsi və müstəqilliyimizin itirilməsi təhlükəsi yaratmışdı. Yalnız Ümummilli Liderin xalqın israrlı tələbi ilə hakimiyyətə qayıdışından sonra vəziyyətin müsbətə doğru dəyişdiyini vurğulayan Hərbi prokuror Xanlar Vəliyev qeyd edib ki, Azərbaycanın müasir tarixinin həlledici dönüş nöqtəsi hesab edilən bu böyük qayıdış ölkəmizin müstəqil dövlət kimi varlığını şərtləndirdi və bununla da vətəndaş müharibəsinin, eləcə də müstəqilliyimizin itirilməsi təhlükəsinin qarşısı qətiyyətlə alındı. Silahlı cinayətkar dəstələr zərərsizləşdirildi, separatçı meyillərə son qoyuldu, ölkənin iqtisadi və siyasi böhrandan xilasını təmin edən digər zəruri tədbirlər görüldü.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev dahi lider Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış müdrik siyasətini yeni müstəvidə və dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə əldə olunmuş böyük uğurlardan və görülən nəhəng işlərdən, həyata keçirilən hərtərəfli islahatlardan, dövlətimizin daha da qüdrətlənməsindən, xalqımızın rifahının davamlı olaraq yaxşılaşdırılmasından söz açıb. Azərbaycanın hazırda intibah dövrü yaşadığının vurğulayan Hərbi prokuror bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin yüksək erudisiyası, müdrik siyasəti, mükəmməl rəhbərliyi, qətiyyəti və yorulmaz fəaliyyəti sayəsində, eləcə də iqtidar-xalq birliyi nəticəsində ölkəmiz dinamik inkişaf edir. Eyni zamanda əhalinin pul gəlirləri, əməkhaqları, pensiyaları dəfələrlə artıb, ölkə iqtisadiyyatına, o cümlədən qeyri-neft sektoruna külli miqdarda sərmayələr qoyulub və manatın məzənnəsinin sabitliyi təmin olunub. Azərbaycan son illərdə misli görünməmiş uğurlar qazanıb, ölkənin müasirləşməsi istiqamətində mükəmməl layihələr icra olunub. Paytaxt Bakı şəhəri ilə yanaşı, regionlar da sürətlə inkişaf edib, insanların yaşayış və əmək şəraiti əsaslı yaxşılaşdırılıb.

“Millətinə xidməti həyat amalına çevirmiş İlham Əliyev xalq qarşısında verdiyi vədləri əməl işləri ilə doğruldaraq hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirib. Ölkə başçısının hər zaman xalqla təmasda olması, mütəmadi olaraq vətəndaşlarla görüşməsi, onların qayğıları ilə maraqlanması, müraciətlərinə xüsusi həssaslıqla yanaşması, ciddi problemləri ilə bağlı məsələləri nəzarətə götürməsi dövlətin və rəhbərinin vətəndaşa verdiyi yüksək dəyərin təcəssümüdür. Ölkəmizdə insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, dünya tarixi-mədəni irsinin qorunmasına və tolerantlığa xüsusi önəm verilməsi, beynəlxalq hüquqa və dünyada mövcud olan siyasi dəyərlərə sadiqlik Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırmaqla, dünya dövlətləri sırasında mövqeyini hərtərəfli möhkəmləndirib”, - deyə Xanlar Vəliyev vurğulayıb.

Ölkəmizdəki sürətli inkişafın beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyini vurğulayan Hərbi prokuror Xanlar Vəliyev diqqətə çatdırıb ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən Azərbaycan islahatlara meyillilik və rəhbərliyə olan inam əmsalına görə dünyada birinci onluqda qərarlaşıb. Dünya Bankı tərəfindən yayılan "Doing Business 2020" hesabatında isə Azərbaycan 20 ən islahatçı dövlət siyahısına daxil edilməklə, dünyanın bir çox ölkələrini geridə qoyub. Bütün bunlar qəti əminliklə onu deməyə əsas verir ki, Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan etibarlı əllərdədir.

Ölkəmizdə bütün sahələrdə uğurlar əldə olunmasını və dövlətimizin hərtərəfli qüdrətlənməsini vurğulayan Hərbi prokuror Xanlar Vəliyev qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva görkəmli dövlət xadimi kimi uzun illər ərzində ölkəmizin sürətli inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqımızın rifahının yaxşılaşdırılması, dövlətimizin beynəlxalq əlaqələrinin genişləndirilməsi, milli-mənəvi dəyərlərimizin və mədəniyyətimizin bütün dünyaya tanıdılması istiqamətində zəngin və dəyərli fəaliyyət göstərib.

Dünya dövlətləri ilə, o cümlədən qonşu ölkələrlə qarşılıqlı etimada əsaslanan münasibətlərin daha da möhkəmləndirilməsinin, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinin Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətin prioritet istiqamətlərindən olduğunu bildirən Xanlar Vəliyev Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan-Rusiya arasında olan sıx əlaqələrin daha da inkişafına və şaxələndirilməsinə xidmət edən Rusiya Federasiyasına rəsmi səfərinin mühüm əhəmiyyətini xüsusi vurğulayıb. Qeyd olunub ki, ölkəmizin hərtərəfli inkişafında və qazanılan ardıcıl nailiyyətlərdə xalqına və dövlətinə sədaqəti, milli-mənəvi dəyərlərə sadiqliyi ilə fərqlənən Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti bütün dünya qadınlarına örnəkdir.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, Hərbi Prokurorluğun kollektivi Ulu Öndərin xalqımızın və dövlətimizin maraqlarına xidmət edən siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsində, onun rəhbərliyi ilə görülən böyük işlərdə və həyata keçirilən mütərəqqi islahatlarda yaxından iştirak edərək, dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunmasında, qanunun aliliyinin təmin olunmasında, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində, Silahlı Qüvvələrdə hərbi intizamın, qanunçuluğun və hüquq qaydasının daha da möhkəmləndirilməsində üzərinə düşən vəzifələri layiqincə icra edəcək, Azərbaycanın firavan gələcəyinin təminatı olan müdrik siyasəti daim dəstəkləyəcək.

Hərbi prokuror Xanlar Vəliyev qeyd edib ki, mənalı və fədakar həyatı, çoxşaxəli zəngin fəaliyyəti ilə “Dünyanın ən böyük azərbaycanlısı” adını qazanmış ulu öndər Heydər Əliyevin əziz və unudulmaz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Tədbir böyük şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başa çatıb.




Azvision.az


Teqlər: Hərbi-Prokurorluq  





Xəbər lenti