Paşinyanın həyat yoldaşından qeyri-adi çağırış

Paşinyanın həyat yoldaşından qeyri-adi çağırış
  11 Dekabr 2019    Oxunub:1924
Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akobyan erməniləri standart Yeni il süfrəsindən çəkinməyə çağırıb.
Azvision.az xəbər verir ki, Akobyan bu barədə özünün "Facebook" səhifəsində yazıb. O bildirib ki, donuz budunun ətindən, paytaxt salatının və blinçikin əsarətindən xilas olmağın vaxtıdır.

"Əziz qadınlar, gəlin birləşək və donuz əti, dolma, paytaxt salatı və blinçiklərin əsarətindən azad olaq. Bayramı ailələrimiz, dostlarımız və qohumlarımızla keçirək", - deyə Akobyan yazıb.

Xatırladaq ki, Ermənistanda Yeni il şənlikləri üçün 700 min dollara yaxın vəsait ayrılıb. Bu isə ölkədə narazılığa səbəb olub. Bəzi deputatlar 700 minlik bayram şənliyinə etirazlarını bildiriblər.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: Paşinyan   Yeni-il  





Xəbər lenti