Azərbaycanın tanınmış şahmatçısı deputat olmaq istəyir - FOTO

 Azərbaycanın tanınmış şahmatçısı deputat olmaq istəyir -  FOTO
  11 Dekabr 2019    Oxunub:7240
Azərbaycanın tanınmış şahmatçısı, Sumqayıt Bələdiyyəsinin sədr müavini Zeynəb Məmmədyarova deputatlığa namizəd olacaq.

Bu barədə Azvision.az -a şahmatçının özü məlumat verib. O, hansı dairədən namizədliyini irəli sürəcəyini dəqiqləşdirmədiyini deyib.
Tanınmış idmançı nə üçün deputat olmaq istədiyini belə əsaslandırıb: "10 ildir bələdiyyə üzvü, 6 ildir ki, bələdiyyə sədrinin müaviniyəm. 10 ildən artıq qadınlardan ibarət şahmat üzrə Azərbaycan yığmasının kapitanı olmuşam. Bələdiyyə sahəsində olduğum üçün insanların problemləri ilə yaxından tanışam. İnsanların problemlərinin həlli üçün əlimdən gələni edərəm. Bildiyimiz kimi, Milli Məclisin Regional məsələlər, Gənclər və idman komitələri var. Bu komitələrin hər birinə uyğun insanam. Beynəlxalq arenada da ölkəmizi yetərincə təmsil etmişəm. Dünya və Avropa çempionuyam. Həm idmançı, həm də bələdiyyə qulluqçusu kimi insanların problemini yaxından bilirəm və kömək etmək istəyirəm".

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçiriləcək.







Anar Kəlbiyev
Azvision.az



Teqlər: ZeynəbMəmmədyarova   Şahmatçı  





Xəbər lenti