Zelenskinin çəkildiyi serial Rusiya telekanalında - VİDEO

  11 Dekabr 2019    Oxunub : 2301
 Zelenskinin çəkildiyi serial Rusiya telekanalında - VİDEO
Rusiyanın TNT telekanalında Ukrayna Prezidenti Vladimir Zelenskinin baş rolda oynadığı "Xalqın xidmətçisi" serialının yayımına başlanılıb.
Azvision.az "Lenta.ru"ya istinadən xəbər verir ki, serial bu gündən tamaşaçılara təqdim olunur. Yayımın ilk günündə üç bölümün eyni anda nümayiş olunması planlaşdırılır.



Qeyd edək ki, "Xalqın xidmətçisi" üç fəsildən ibarətdir, Ukrayna televiziyasında premyerası 2015-ci ilin payızında keçirilib. Son bölüm 2019-cu ilin mart ayında yayımlanıb.

Ukrayna tamaşaçılarının serialı izləmə sayı 20 milyonu ötüb, "YouTube"da bu rəqəm bir neçə dəfə çoxdur. “Netflix” xidməti daxil olmaqla, bir neçə xarici telekanal yayım hüququna malikdir.

Serial "95-ci rüb" layihəsi əsasında ərsəyə gətirilib. Sujetdə Zelenski prezident vəzifəsini icra edən tarix müəllimi Vasili Qoloborodko rolunu oynayır. Satirik şounun şüarı: "Növbəti prezidentin hekayəsi" adlanır.

Serialın şərəfinə Zelenskinin komandası tərəfindən yaradılan siyasi partiya onun adını daşıyır.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Zelenski   Rusiya   Serial