Rusiyada terror törətmək istəyən şəxs tutuldu

 Rusiyada terror törətmək istəyən şəxs tutuldu
  11 Dekabr 2019    Oxunub:2399
Rusiyanın Murmansk şəhərində terror aktı planlaşdıran "Sağ Sektor" ekstremist təşkilatının tərəfdarı tutulub.
Azvision.az xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.

Qeyd olunub ki, əməliyyat nəticəsində 1983-cü il təvəllüdlü Rusiya vətəndaşı saxlanılıb. Ondan kustar üsulla hazırlanmış partlayıcı qurğu götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti