Narkotik satan keçmiş məhkum saxlanılıb

Narkotik satan keçmiş məhkum saxlanılıb
  11 Dekabr 2019    Oxunub:3083
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Yasamal rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan H.İsmayılov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 6 qrama yaxın heroin götürülüb.

Davam etdirilən tədbirlərlə onun evindən isə əlavə 32 qramdan artıq heroin, 107 qramdan artıq tiryək, 103 qramdan çox marixuana, 109 qramdan artıq metamfetamin, metadon və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti