Britaniya səfiri Zaqatalaya səfər edib - FOTO

Britaniya səfiri Zaqatalaya səfər edib -  FOTO
  11 Dekabr 2019    Oxunub:2287
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Zaqatalaya səfər edib.
Azvision.az xəbər verir ki, diplomat burada Ağdam rayon 152 nömrəli tam orta məktəbdə Resurs və Təlim Mərkəzinin açılışını edib.

“Bu səhər yeni Təlim və Resurs Mərkəzinin açılışın etdik. Biz Azərbaycanda 18 belə mərkəz açmışıq və onların hər biri məcburi köçkün icmalarında yerləşir. Bu mərkəzlərdə uşaqlara həm təhsil almaq, həm də ingilis dilini öyrənmək imkan verilir”, - deyə səfir “Tvitter”də yazıb.



Pərvanə Sultanova
Azvision.az




Teqlər:





Xəbər lenti