Yolu keçən qadını maşın vuraraq öldürdü

Yolu keçən qadını maşın vuraraq öldürdü
  11 Dekabr 2019    Oxunub:1445
Bakıda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, dekabrın 10-da saat 21 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini A.Mahmudov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Həlimə Musayevanı vurub. Nəticədə xcəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Piyada   Qəza  





Xəbər lenti