“YAP-ın namizədlər siyahısında yeni simalar olacaq” - Əli Əhmədov

  11 Dekabr 2019    Oxunub : 6147
 “YAP-ın namizədlər siyahısında yeni simalar olacaq” - Əli Əhmədov
"YAP vaxtı çatanda öz siyahısını elan edəcək və bu siyahı əsasında seçki kampaniyasını uğurla həyata keçirəcək".

Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, Baş Nazirin müavini Əli Əhmədov deyib.
Onun sözlərinə görə, YAP-ın namizədlər siyahısında yeni simalar da olacaq: "Bizim vaxtımıza hələ var. Siyahının üzərində iş gedir. Zamanı çatanda siyahı açıqlanacaq. YAP-ın namizədlər siyahısında tanınmış adamlar olacaq. Hesab edirəm ki, burada yeni simalar və əvvəlki tərkibində olan simaları da görəcəksiniz. Düşünürəm ki, vətəndaşımız YAP-ın təqdim edəcəyi siyahının kifayət qədər ümidverici və Azərbaycan parlamentinin fəaliyyətinin daha da artırılmasına kömək edəcək insanlardan ibarət olacağını görəcək və inanacaqlar”.

Azvision.az

Teqlər: YAP   ƏliƏhmədov