Merkel Paris görüşündən sonra Putini qalib adlandırdı

 Merkel Paris görüşündən sonra Putini qalib adlandırdı
  11 Dekabr 2019    Oxunub:1905
Almaniya kansleri Angela Merkel Rusiya Prezidenti Vladimir Putini Parisdə “Normand dördlüyü” sammitindən sonra qalib adlandırıb.
Azvision.az "Kommersant"a istinadən xəbər verir ki, kansler bu ifadəni mətbuat konfransı ərəfəsində deyib.

"Bu gün siz qalibsiniz ..." - nəşr Merkelin sözlərindən sitat gətirib.

Xatırladaq ki, dekabrın 9-da Rusiya Prezidenti Vladimir Putin, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Angela Merkel və Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş keçirilib. Bu görüşdən sonra ilk dəfə Rusiya və Ukrayna prezidentiləri təkbətək danışıqlar aparıblar. Zelenski Putinlə görüşü heç-heçə adlandırıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər:





Xəbər lenti