“Kamaz”la iki nəfəri vurub öldürən sürücü saxlanıldı
Fakta görə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizaları təyin edilib, şahidlərin və sürücünün ifadəsi alınıb, zəruri sənədlər toplanaraq cinayət işinə əlavə edilmiş və digər istintaq hərəkətləri yerinə yetirilib.
T.Ağayev iş üzrə şübhəli şəxs qismində saxlanılaraq müdafiəçinin iştirakı ilə dindirilib. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Azvision.az