Sumqayıtda eyni yol dördüncü dəfə çökdü - FOTO
Sumqayıt Sukanal İdarəsindən bildirilib ki, ümumi uzunluğu 800 metr olan yolda bir neçə dəfə təmir-bərpa işləri aparılsa da, bu hal yenidən təkrarlanır. Məhz bunu nəzərə alaraq su kanalizasiya xətlərinin yenilənməsi istiqamətində işlərə start verilib. Yolda yaranan problemin tezliklə aradan qaldırılacağı vurğulanır.
Xatırladaq ki, sözügedən yol artıq dördüncü dəfədir çökür.
Azvision.az