Milli parkların idarə edilməsi üçün yeni layihə hazırlanır

 Milli parkların idarə edilməsi üçün yeni layihə hazırlanır
  10 Dekabr 2019    Oxunub:1779
“Milli parkların daha yaxşı idarə edilməsi üçün yeni layihə hazırlanır”.
Azvision.az xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfati Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mələk Çakmak deyib. O bildirib ki, layihə növbəti ildən həyata keçiriləcək:

“Layihəyə Qlobal Ekologiya Fondu tərəfindən 3 milyon dollar ayrılıb. Bundan başqa Avropa Birliyi tərəfindən dəstəklənən 2 layihələmiz var. Bunlar kənd təsərrüfatında məsləhət və informasiya xidmətlərinin gücləndirilməsi ilə bağlıdır. Bu layihəni Kənd Təsərrüfatı Nazirliyi ilə birgə həyata keçirəcəyik. Daha bir layihə isə yerli qida istehsalını və buna dəstək verən informasiya məsləhət xidmətlərinin gücləndirməkdir. Bu layihə şimal bölgəsində həyata keçiriləcək. Bölgələrdə qadınların işə cəlb edilməsi istiqamətində də layihələrimiz olacaq. Bu, yerli mətbəxi inkişaf etdirəcək, qadınların hazırladıqların məhsulları turistlərə təqdim edilməsi, məhsulların daha yaxşı paketlənməsi ilə bağlı layihə olacaq. Layihə insanların məhsularına dəyər qatmaq və gəlirlərini artırmaq məqsədi daşıyır".

Bundan əlavə, M.Çakmak qeyd edib ki, gələn il qida israfını azaltmağa istiqamətlənən layihələr də həyata keçiriləcək: “Bu, ərzaq istehsalı və qida israfı ilə bağlı layihədir. Qeyd edim ki, Dayanıqlı İnkişaf məqsədlərində də bu, önəmli yer tutur. Layihəyə 800 min dollar pul ayrılacaq"

Aytən Zəhra
Azvision.az


Teqlər: Milli-Park   Layihə  





Xəbər lenti