“EuroHome”dakı yanğında 4 nəfər tüstüdən zəhərlənib

  10 Dekabr 2019    Oxunub : 1600
 “EuroHome”dakı yanğında 4 nəfər tüstüdən zəhərlənib
“EuroHome” tikinti materialları bazarında baş vermiş yanğınla əlaqədar hadisə yerinə 8 briqada cəlb olunub.
Səhiyyə Nazirliyindən Azvision.az -a bildirilib ki, saat 16:05-ə olan məlumata görə, 8 nəfərə yerində yardım göstərilib, 4 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib.

Hazırda ərazidə 2 Təcili Tibbi Yardım briqadası var.

Azvision.az

Teqlər: Yanğın