Üç piyada yol qəzasının qurbanı oldu

  10 Dekabr 2019    Oxunub : 1856
Üç piyada yol qəzasının qurbanı oldu
Dekabrın 9-da saat 12 radələrində Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Həmzəyev idarə etdiyi “QAZ-3110” markalı avtomobillə yolu keçən paytaxt sakini Əşrəf Tağıyevi vurub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Bundan başqa dekabrın 9-da saat 8 radələrində Xətai rayonu ərazisində Cəbrayıl rayon sakini T.Qarayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Könül Mehdiyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən qadın orada ölüb.

Eyni zamanda dekabrın 9-da saat 19 radələrində Abşeron rayonunun Saray qəsəbəsi ərazisində Bakı şəhər sakini R.İbrahimov idarə etdiyi “London Taxi” markalı avtomobillə yolu keçən paytaxt sakini Hüseyn İsmayılovu vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hər üç faktla bağlı araşdırma aparılır.


Azvision.az

Teqlər: DİN   Piyada