Rusiya Ermənistan üçün ayırdığı kreditin müddətini uzadıb

  10 Dekabr 2019    Oxunub : 1630
Rusiya Ermənistan üçün ayırdığı kreditin müddətini uzadıb
Moskva və İrəvan Ermənistan Atom Elektrik Stansiyasının modernləşdirilməsi üçün Rusiya tərəfindən ayrılan 270 milyon dollarlıq kreditin istifadəsi müddətinin uzadılması barədə razılığa gəlib .
Azvision.az erməni mətbuatna istinadən xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və infrastruktur naziri Suren Papikyan bildirib.

"Rusiyanın Maliyyə Nazirliyindən kreditdən istifadənin 2020-ci ilin sonunadək uzadılmasına dair razılıq alınıb”, - deyə Papikyan vurğulayıb.

O qeyd edib ki, Rusiya və Ermənistan tərəfdən bəzi hüquqi prosedurlar həyata keçirilməlidir: "Kreditin istifadə müddətinin uzadılması AES-in modernləşdirilməsi prosesini başa çatdırmağa imkan verəcək".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan   Rusiya