Zelenski Putinlə danışıqları “heç-heçə” adlandırdı

  10 Dekabr 2019    Oxunub : 1789
 Zelenski Putinlə danışıqları “heç-heçə” adlandırdı
Ukrayna Prezidenti Vladimir Zelenski Parisdə rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi görüş barədə açıqlama verib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Zelenski danışıqlar zamanı bir sıra güzəştlərin olduğunu deyib.

“Mən kimin qazanacağını bilmirəm, amma biz müzakirələrə yeni başlamışıq, ona görə də indi ən düzgünü diplomat olmaqdır. Gəlin, hələlik heç-heçə deyək”, - Zelenski əlavə edib.

Xatırladaq ki, dünən Parisdə "Normand dördlüyü" (Rusiya, Ukrayna, Fransa və Almaniya) liderlərinin görüşü keçirilib. Görüş çərçivəsində Ukrayna və Rusiya prezidentləri bir araya gəliblər. Bu, Ukrayna və Rusiya prezidentləri səviyyəsində 2016-cı ildən bəri ilk görüşdür.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Zelenski   Putin