Britaniya səfiri yanğından yazdı: “Qorxuludur” - FOTO

  10 Dekabr 2019    Oxunub : 2337
 Britaniya səfiri yanğından yazdı: “Qorxuludur” - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp “Twitter” səhifəsində Bakı-Sumqayıt yolunda yerləşən “EuroHome” tikinti materialları bazarındakı yanğın barədə yazıb.
Azvision.az xəbər verir ki, səfir yanğın yerindən foto paylaşaraq qeyd edib: “Sumqayıt yolundayıq. Qorxuludur!”.

Xatırladaq ki, bu gün səhər saatlarında “EuroHome” tikinti materialları bazarında yanğın başlayıb. FHN-nin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.




Azvision.az

Teqlər: Səfir   Yanğın