“Norman Dördlüyü” liderlərinin görüşü başa çatdı

  09 Dekabr 2019    Oxunub : 1506
 “Norman Dördlüyü” liderlərinin görüşü başa çatdı
Fransanın paytaxtı Parisdə "Norman Dördlüyü" liderlərinin görüşü başa çatıb.
Azvision.az xəbər verir ki, iki saat 20 dəqiqə davam edən görüşdə Rusiya Prezidenti Vladimir Putin, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Angela Merkel və Ukrayna Prezidenti Vladimir Zelenski iştirak ediblər.

Hələlik danışıqların detalları açıqlanmayıb. Liderlərin mətbuat konfransı keçirəcəyi gözlənilir.

Azvision.az

Teqlər: Paris   Putin   Zelenski