3 yeniyetmədən 1850 manat aldı, polis axtarır

  09 Dekabr 2019    Oxunub : 1114
3 yeniyetmədən 1850 manat aldı, polis axtarır
Paytaxtda üç yeniyetməni hədələyərək onlardan ümumilikdə 1850 manat pul tələb etməkdə şübhəli bilinən şəxs müəyyənləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, cari il oktyabrın 25-də naməlum şəxsin Bakı şəhər sakinləri olan üç yeniyetməni hədələyərək onlardan ümumilikdə 1850 manat pul alması barədə Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinə müraciət daxil olub.

Müraciətlə əlaqədar polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən şəxs müəyyən edilib.

Həmin şəxsin tutulması üçün zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Azvision.az

Teqlər: DİN