Türkiyədə terror: 2 nəfər ölüb, 7 yaralı var

  09 Dekabr 2019    Oxunub : 1535
 Türkiyədə terror: 2 nəfər ölüb, 7 yaralı var
Türkiyənin Şırnak şəhərinin İdil qəsəbəsində təhlükəsizlik qüvvələri əldəqayırma bombanı zərərsizləşdirməyə çalışarkən partlayış verib.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, PKK terrorçuları tərəfindən yerləşdirilmiş bombanın partlaması nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

Hazırda bölgədə antiterror əməliyyatı davam edir.

Azvision.az

Teqlər: Türkiyə