Xırdalanda evdə partlayış - 1 nəfər xəsarət alıb

   Xırdalanda evdə partlayış -    1 nəfər xəsarət alıb
  09 Dekabr 2019    Oxunub:2031
Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 1080 m² olan (hər mərtəbəsi 360 m² sahədə) üçmərtəbəli binanın birinci mərtəbəsində yanğınla nəticələnən partlayış baş verib.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, yanğın nəticəsində 1 otağın qapısı və içərisində olan 20 ədəd karton tara yanıb.

Hadisə zamanı 1 nəfər xəsarət alıb. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti