Faktiki hava açıqlanıb

   Faktiki hava açıqlanıb
  09 Dekabr 2019    Oxunub:2027
Dekabrın 9-u saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağış yağıb, bəzi yerlərdə intensiv olub, dağlıq ərazilərdə qar yağıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a bildirilib ki, düşən yağıntının miqdarı Zabratda 20 mm (aylıq normanın 68 faizi), Sumqayıtda 16 mm (aylıq normanın 60 faizi), Maştağada 14 mm (aylıq normanın 41 faizi), Bakıda 13 mm (aylıq normanın 44 faizi), Binədə 11 mm (aylıq normanın 38 faizi), Neft Daşlarında 14 mm (aylıq normanın 66 faizi), Çilov adasında 3 mm, Pirallahıda 2 mm, Naxçıvan MR-da 3-12 mm, Lənkəran-Astara zonasında 2-6 mm, Mərkəzi Aran rayonlarında və Balakən-Şəki bölgəsində 1-8 mm olub.

Qar örtüyünün hündürlüyü Ağdərədə 9, Daşkəsəndə 6, Qırızda 4, Gədəbəy, Şahdağda 2, Sarıbaş, Göygöldə 1 sm təşkil edib.

Azvision.az


Teqlər: Faktiki-Hava   ETSN  





Xəbər lenti