Tramp Lavrovla görüşə bilər

Tramp Lavrovla görüşə bilər
  09 Dekabr 2019    Oxunub:1870
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Robert O'Brayen Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Vaşinqtona səfəri zamanı Donald Trampla görüşünün mümkünlüyünü təsdiqləyib.
Azvision.az xəbər verir ki, bu barədə o, CBS telekanalına açıqlamasında bildirib.

“Düşünürəm ki, bu görüşün baş tutma ehtimalı var. Bunun üzərində işləyirik", - deyə O'Brayen əlavə edib.

Onun sözlərinə görə, Tramp və Lavrov arasındakı görüş qarşılıqlı prinsiplərə cavab verəcəkdir: "ABŞ dövlət katibi Maykl Pompeo Rusiyada olarkən Rusiya Prezidenti Vladimir Putin onunla görüşdü. Beləliklə, qarşılıqlı prinsipə əsaslanaraq, belə bir variantı nəzərdən keçiririk. Ancaq digər variantları da nəzərdən keçiririk”.

O'Brayen Tramp və Lavrov arasında görüş olacağı təqdirdə, silahlara nəzarət mövzusunun müzakirə ediləcəyini vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Tramp   Lavrov  





Xəbər lenti