Qubada iki mərtəbəli ev yanıb

  09 Dekabr 2019    Oxunub : 1264
Qubada iki mərtəbəli ev yanıb
Quba rayonunun Susayqışlaq kəndində yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 240 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları 180 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın