Bakıda və Neftçalada maşın yanıb

  09 Dekabr 2019    Oxunub : 1317
Bakıda və Neftçalada maşın yanıb
Bakı şəhərinin Nizami rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər məlumata görə, Netçala rayonunun Bankə qəsəbəsində "Opel" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Azvision.az

Teqlər: FHN   Yanğın