ABŞ tanınmış iranlı alimi azad edib

ABŞ tanınmış iranlı alimi azad edib
  08 Dekabr 2019    Oxunub:2062
ABŞ İranın molekulyar fizika üzrə tanınmış alimi Məsud Süleymanini azad edib.
Azvision.az xəbər verir ki, razılaşmaya əsasən, Məsud Süleymaninin azad edilməsi müqabilində İran 2016-ci ildə həbs olunan Syuzan Van adlı tələbəni sərbəst buraxıb.

M.Süleymani azad olunan gün İrana qayıdıb. Onu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif və dostları qarşılayıblar.

Qeyd edək ki, 2018-ci ildə Minnesota ştatında Federal Təhqiqatlar Bürosunun əməkdaşları tərəfindən heç bir iddia irəli sürülmədən həbs edilən alim Vaşinqtona gətirilərək həbsxanalardan birində saxlanılırdı.

Azvision.az



Teqlər: ABŞ   İran   Alim  





Xəbər lenti