Bağdadda öldürülən etirazçıların sayı 50-yə çatıb

Bağdadda öldürülən etirazçıların sayı 50-yə çatıb
  07 Dekabr 2019    Oxunub:2167
Dekabrın 6-da İraqın paytaxtı Bağdadda naməlum silahlı şəxslərin nümayişçilərə hücumu nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Bundan əvvəl 25 nəfər həlak olduğu, 130-dən çox insanın yaralandığı bildirilirdi.

Qeyd edək ki, ötən gün silahlı şəxslər Əl-Xilyani meydanında etiraz aksiyasının iştirakçılarına atəş açıblar. Hakimiyyət baş vermiş hadisəni təxribat adlandırıb. Silahlı şəxslərin kimliyi hələlik müəyyən edilməyib.

Azvision.az



Teqlər: Bağdad   Etiraz   Aksiya  





Xəbər lenti