Naxçıvanda yenə qaz və işıqpulu borcu qeydə alınmayıb - FOTO

  07 Dekabr 2019    Oxunub : 2549
 Naxçıvanda yenə qaz və işıqpulu borcu qeydə alınmayıb - FOTO
Naxçıvan Muxtar Respublikası üzrə 2019-cu ilin noyabr ayında verilən təbii qazın miqdarı, təbii qaz satışından toplanan vəsait və ödənilmə faizi barədə rəsmi məlumat açıqlanıb.
Azvision.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında şəhər və rayonlarda təbii qazın ödənişi 100% yerinə yetirilib.

Statistikadan görünür ki, Naxçıvan MR-da abonentlərin qaz pulu borcu qeydə alınmayıb.



Həmçinin Dövlət Energetika Xidməti üzrə 2019-cu ilin noyabr ayında verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi məlum olub. Belə ki, muxtar respublikanın şəhər və rayonlarında elektrik enerji ödənişi 100% nəticə ilə yerinə yetirilib. Abonentlərin borcu qeydə alınmayıb.

Qeyd olunub ki, noyabr ayında texniki itki nəzərə alınmaqla daxil olan 35 milyon 463 min kilovat-saat elektrik enerjisinin dəyəri 3 milyon 26 min 700 manat olub, cəmi 3 milyon 24 min manat vəsait toplanıb ki, bu da istifadə olunan enerjinin dəyərinin 99,9 faizini təşkil edir.



Anar Kəlbiyev
Azvision.az

Teqlər: Təbiiqaz   Energetika   Naxçıvan