Bakıda 10 nəfər liftdə qalıb

Bakıda 10 nəfər liftdə qalıb
  07 Dekabr 2019    Oxunub:2262
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami, Binəqədi, Suraxanı və Nərimanov rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 6 müraciət daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1-i azyaşlı olmaqla 10 nəfərin liftdən çıxarılması təmin edilib.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti