Kürdəmirdə ağır qəza: Ölən və yaralılar var

Kürdəmirdə ağır qəza:  Ölən və yaralılar var
  06 Dekabr 2019    Oxunub:4433
Dekabrın 5-də saat 1 radələrində Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində Mingəçevir şəhər sakini Ayxan Cabbarlı idarə etdiyi “Ford” markalı avtomobili qarşıda gedən “KamAZ” markalı avtomobilə vurub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, nəticədə A.Cabbarlının sərnişinlərindən Rəşad Şıxıyev hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti