“Mehriban Əliyevanın təşəbbüsünü yüksək qiymətləndiririk” - Britaniya səfirliyi

“Mehriban Əliyevanın təşəbbüsünü yüksək qiymətləndiririk” -  Britaniya səfirliyi
  06 Dekabr 2019    Oxunub:2338
Bu gün Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin əməkdaşları böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illiyinə həsr edilmiş ağacəkmə aksiyasında iştirak ediblər.
Bu barədə Azvision.az -a səfirlikdən məlumat verilib.

“Biz bu möhtəşəm tədbirə öz töhfəmizi verdik və ümid edirik ki, layihə iqlim dəyişiklikləri ilə mübarizədə Azərbaycana dəstək olacaqdır. Birinci vitse-prezident, birinci xanım Mehriban Əliyevanın bu təşəbbüsünü yüksək qiymətləndiririk və təşkilatçılığa görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təşəkkürümüzü bildiririk”, - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, Böyük Britaniya 2050-ci ilə qədər karbon emissiyalarını sıfıra endirmək üçün 2022-ci ilə qədər 11 milyon ağac əkməyi öhdəsinə götürüb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Britaniya   Səfirlik  





Xəbər lenti