Sarkisyanın vəkilləri etiraz etdilər

Sarkisyanın vəkilləri etiraz etdilər
  06 Dekabr 2019    Oxunub:1825
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın vəkilləri ona qarşı irəli sürülən ittihamlara etiraz ediblər.
Azvision.az xəbər verir ki, bu barədə erməni mətbuatı Baş prokurorluğa istinadən məlumat yayıb.

"Baş prokurorluğa Ermənistanın üçüncü prezidentinin vəkili Serj Sarkisyanın Xüsusi İstintaq Xidmətinin cinayət təqibinə dair qərarından şikayət məktubu daxil olub", - deyə prokurorluq bildirib.

Qeyd edək ki, Ermənistan Xüsusi İstintaq Xidməti keçmiş prezident Serj Sarkisyana qarşı Cinayət Məcəlləsinin mənimsəmə və yeyinti maddələri ilə ittiham irəli sürüb. Sabiq prezident 2013-cü il yanvarın 25-dən 7-dək bir milyon dollar oğurlamaqda ittiham olunur. Sarkisyana qarşı qabaqlayıcı tədbir olaraq, qeydiyyatda olduğu ərazini tərketməməklə bağlı qətimkan tədbiri seçilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti