Siyavuş Novruzov müxalifəti ağac əkməyə dəvət etdi

Siyavuş Novruzov müxalifəti ağac əkməyə dəvət etdi
  06 Dekabr 2019    Oxunub:3550
"İnsanlar öz təşəbbüsləri ilə ağacəkmə kampaniyasına dəstək verirlər. Bu gün burada müxalifətin qanuni və qanunsuz keçirdiyi aksiyadan qat-qat çox adam iştirak edir".
Azvision.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, hakim partiya təşəbbüsə qoşularaq ağacəkmə kampaniyasında iştirak edir:

"70-dən artıq rayonda 300 nəfərdən az olmayaraq YAP üzvləri kampaniyada iştirak edir. Ağacların əkilməsi və onlara qulluq edilməsi diqqət mərkəzindədir. Bizim yaratdığımız qruplarda gənclər tərəfindən ilboyu monitorinq aparılacaq. Monitorinqlər quruyan ağacların dəyişdirilməsi, onlara qulluğun göstərilməsi, yaşıllığın artırılması üçün nəzərdə tutulub. Bu təşəbbüs ölkənin ekologiyası üçün gözəl layihələrdən biridir. Biz də böyük məmnuniyyətlə qoşuluruq. Burada kifayət ağac əkilib. Müxalifəti də dəvət edirik ki, insanlar üçün səmərəli işlə məşğul olsunlar, ağac əksinlər, sosial layihələrin həyata keçirilməsində aktiv iştirak etsinlər. Ölkə əleyhinə qalxmaqla deyil, əməlləri ilə xalqa xidmət etsinlər".

Aytən Zəhra
Azvision.az


Teqlər: Siyavuş-Novruzov   YAP  





Xəbər lenti