"Qanuni oğrular" İrəvanda toplandılar

"Qanuni oğrular" İrəvanda toplandılar
  06 Dekabr 2019    Oxunub:1992
Bu günlərdə çox sayda "qanuni oğru" Ermənistana gəlib və kriminal aləmdə məşhur olan Artyom Arutyunyanla görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Məlumatda deyilir ki, bu yaxınlarda Ermənistan parlamenti kriminal aləmlə bağlı qanun qəbul edib. Həmin qanuna əsasən, "qanuni oğru" statusu bir vətəndaşın cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edə bilər. Həmçinin, kriminal qruplar yaradanlar, saxlayanlar, rəhbərlik edənlər, iştirakçılar da cəzalandırılacaqdır.

“Bizə “daxili kodeksin” bəzi bəndlərinin artıq dəyişdirildiyini dedilər. Məsələn, bu andan "sən oğrusan?" sualına təsdiqləyici cavab vermək lazım deyil, halbuki əvvəllər “qanuni oğru” bu suala təsdiq cavabı verməli idi", - deyə qəzet yazıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   İrəvan   Qanuni-oğru  





Xəbər lenti