Taksi sürücüsünü bıçaqla hədələyib 100 manat aldı

Taksi sürücüsünü bıçaqla hədələyib 100 manat aldı
  06 Dekabr 2019    Oxunub:2508
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə müraciət edən Ağsu rayon sakini İ.Şirəliyev dekabrın 5-də idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində minən şəxsin onu bıçaqla hədələyib içərisində 100 manat olan pulqabısını aldığını və Yasamal rayonu ərazisində yerləşən “Qələbə” dairəsinin yaxınlığına sürdürərək orada düşərək getdiyini bildirib.

Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və 34-cü PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən İmişli rayon sakini O.Salamzadə qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti