Kursantların çöl çıxışları başlayıb - VİDEO

Kursantların çöl çıxışları başlayıb -    VİDEO
  06 Dekabr 2019    Oxunub:2914
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin (AAHM) tədris planı və proqramına uyğun olaraq hərbi poliqonda artilleriya ixtisası üzrə təhsil alan dördüncü kurs kursantlarının intensiv hazırlığı həyata keçirilir.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, dərslərdən əvvəl təlim sahələrinin rəhbərləri hazırlıq məşqlərinə cəlb olunan heyəti təhlükəsizlik qaydaları, atışın şərtləri və digər tələblərlə tanış edirlər. Səhra şəraitində keçirilən məşğələlərdə kursantlar bölmə komandirləri rolunda çıxış edərək yaradılmış taktiki vəziyyətə uyğun hərəkət edirlər.



Şəxsi heyət müxtəlif artilleriya qurğularından istifadə vərdişlərini məşq edir, döyüş meydanında hədəflərin aşkar edilərək atəşlə məhv edilməsi çalışmalarını və digər praktiki tapşırıqları yerinə yetirir.









Azvision.az


Teqlər: Kursant   Ordu   Təlim  





Xəbər lenti