Ağdam sakini həmyerlisini güllələyib

Ağdam sakini həmyerlisini güllələyib
  06 Dekabr 2019    Oxunub:2367
Dekabrın 5-də Ağdam rayonunun Yüzbaşılı kəndində yaşayan, əvvəllər məhkum olunmuş C.İsmayılovun həyətinə gəlmiş şəhər sakini O.Məmmədovla aralarında baş vermiş münqişə zamanı C.İsmayılovun tüfəngdən açdığı atəşlə O.Məmmədova xəsarət yetirməsi barədə DİN-in “102” Zəng Mərkəzinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, xəsarət alan O.Məmmədov xəstəxanaya yerləşdirilib.

Ağdam RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində C.İsmayılov saxlanılmışdır. Ondan cinayəti törədərkən istifadə etdiyi lüləsi və qundağı kəsilən “İJ-16” markalı tüfəng götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti