Baş nazirin müavini: “Əhali üçün əlverişli şərait yaradılır”

  Baş nazirin müavini:  “Əhali üçün əlverişli şərait yaradılır”
  06 Dekabr 2019    Oxunub:3581
"Bu gün Azərbaycanın ekologiya tarixində əlamətdar gündür. Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bir gündə 650 min ağac əkiləcək. Miqyas etibarilə hesab edirəm ki, bu, çox böyük aksiyadır".
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini, icraçı katibi Əli Əhmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşları Mehriban Əliyevanın bu təşəbbüsünü yüksək əhval-ruhiyyəy ilə qarşılayırlar:

"Azərbaycanın bir çox kəndlərində, qəsəbələrində insanlar böyük coşquyla, yaşıllıq zolağının salınmasına, ağacların əkilməsinə dəstək vererək kampaniyaya qoşulublar. Əkilən ağaclar Azərbaycanın ekoloji şəraitini yaxşılaşdıracaq. Bir neçə ildən sonra bu ağaclar böyüyəcək, yaşıllıq zolaqlar daha da artacaq. Beləliklə, Azərbaycan təbiətinin yaxşılaşmasına böyük köməklik göstərmiş olacaq".

Baş nazirin müavini qeyd edib ki, bütövlükdə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında böyük quruculuq, abadlıq işləri həyata keçirilir:

"Azərbaycan müasirləşir, kəndlərimiz, qəsəbələrimiz gözəlləşir. Əhalinin rahat yaşaması üçün əlverişli şərait yaradılır. Vacib komponentlərdən biri də insanların yaxşı ekoloji mühitdə, təmiz hava şəraitində yaşamasının təmin edilməsidir. Bu ağacların əkilməsi həmin məqsədə xidmət göstərir. YAP kampaniyanı ürəkdən dəstəkləyən qurumlardan biridir. YAP-ın çoxlu üzvləri müxtəlif rayonlarda bu kampaniyada iştirak edirlər. Güman edirəm ki, ən fəal iştirak edən YAP-ın üzvləri olacaq. YAP və Ekoligiya və Təbii Sərvətlər Nazirliyi digər layihə də həyata keçirir. Bu əkilən ağaclara qulluq edilməsinin monitorinqinin keçirilməsi ilə bağlıdır".

Aytən Zəhra
Azvision.az


Teqlər: YAP   ƏliƏhmədov  





Xəbər lenti