Britaniyaya viza almaq istəyənlərin nəzərinə!

 Britaniyaya viza almaq istəyənlərin nəzərinə!
  06 Dekabr 2019    Oxunub:2467
Böyük Britaniyanın Azərbaycandakı Viza Müraciət Mərkəzi 25-26 dekabr tarixlərində bağlı olacaq.
Azvision.az Böyük Britaniyanın Azərbaycandakı səfirliyinə istinadla xəbər verir ki, Viza Müraciət Mərkəzi Milad tətili ilə əlaqədar fəaliyyət göstərməyəcək.

Buna görə də Britaniyaya səfər etmək istəyənlərə standart ziyarət vizası üçün 9 dekabr tarixində və ya ondan əvvəl, prioritet ziyarət vizası üçün 13 dekabr və ya ondan əvvəl, super prioritet ziyarət vizası üçün isə 20 dekabr və ya ondan əvvəl müraciət etmək məsləhət görülür.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Viza  





Xəbər lenti