Bratislavada növbəti Qarabağ müzakirəsi

 Bratislavada növbəti Qarabağ müzakirəsi
  06 Dekabr 2019    Oxunub:2180
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanla görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə o, “Twitter”də yazıb.

“ATƏT-in Bratislavada keçirilən Nazirlər Şurasının iclasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti nəzərdən keçirmək üçün XİN rəhbərləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanla yaxşı görüşlərimiz oldu”, - deyə Aİ rəsmisi qeyd edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər:   Qarabağ   Məmmədyarov  





Xəbər lenti