Bu küçədə hərəkət məhdudlaşdırılıb

Bu küçədə hərəkət məhdudlaşdırılıb
  06 Dekabr 2019    Oxunub:2072
Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsinin Badamdar şossesi ilə Oksford məktəbi arasında yerləşən hissəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, avtonəqliyyat vasitələrinin hərəkəti dekabrın 5-dən 6-na keçən gecədən etibarən qısamüddətlik məhdudlaşdırılıb.
Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

"Bu səbəbdən sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq altentaiv yollardan istifadə etmələri tövsiyyə olunur. AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir" - deyə, məlumatda qeyd olunub.

Azvision.az



Teqlər: AAYDA   Yol  





Xəbər lenti