Merkel dövlət himnlərini əyləşərək dinlədi - VİDEO

Merkel dövlət himnlərini əyləşərək dinlədi -  VİDEO
  06 Dekabr 2019    Oxunub:2325
Almaniya kansleri Angela Merkel Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi öz iqamətgahında qarşılayan zaman dövlət himnlərini əyləşərək dinləyib.
Azvision.az “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, Tokayevin rəsmi qarşılanmasında orkestr Qazaxıstanın, daha sonra Almaniyanın dövlət himnlərini səsləndirib.

Tokayev Qazaxıstanın himni səsləndirilərkən ayağa qalxıb. Merkel isə ölkəsinin himnini stulda əyləşərək dinləyib.



Xatırladaq ki, 2019-cu ilin yayında kanslerlə Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin görüşündən yayılan videoda Merkelin səhhətində problemin olduğu özünü büruzə vermişdi. Belə ki, Merkelin görüş zamanı titrəməsini aydın görmək olurdu.

Daha sonra Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdə də eyni vəziyyət müşahidə olunmuşdur. Merkel titrəməsini susuzluğu ilə izah etmişdi.

Məlumata görə, Merkel məhz səhhətindəki problemə görə rəsmi qarşılanma mərasimlərində əyləşməyə üstünlük verir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Merkel  





Xəbər lenti