Suriya böhranı üzrə növbəti sammit İstanbulda keçiriləcək

Suriya böhranı üzrə növbəti sammit İstanbulda keçiriləcək
  06 Dekabr 2019    Oxunub:2039
Suriya böhranı üzrə Türkiyə, Böyük Britaniya, Almaniya və Fransa liderlərinin iştirakı ilə ikinci sammit gələn ilin fevral ayında İstanbulda keçiriləcək.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

“Biz ildə azı bir dəfə dördtərəfli sammit keçirmək barədə qərar qəbul etmişik. İndi bu sammit fevral ayında İstanbulda baş tutacaq”, - deyə Ərdoğan bildirib.

Xatırladaq ki, Türkiyə, Fransa, Almaniya və Böyük Britaniya liderləri dekabrın 3-də Londonda NATO sammiti çərçivəsində bir araya gəlib və Suriya böhranı üzrə ilk görüş keçiriblər. Rəcəb Tayyib Ərdoğan danışıqların yaxşı keçdiyini deyib. Almaniya kansleri Angela Merkel də belə formatda ilk görüşün nəticələrini müsbət qiymətləndirib.

Azvision.az


Teqlər: Ərdoğan   Türkiyə   Suriya  





Xəbər lenti