Azərbaycan-Finlandiya əlaqələri müzakirə edildi

Azərbaycan-Finlandiya əlaqələri müzakirə edildi
  05 Dekabr 2019    Oxunub:2673
Slovakiyanın Bratislava şəhərində keçirilən ATƏT-in Nazirlər Şurasının 26-cı görüşü çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Finlandiyanın Xarici İşlər nazirinin müavini Matti Anttonen ilə görüşüb.
XİN-in mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, görüşdə tərəflər iki ölkə arasında mövcud olan ikitərəfli münasibətlərin hazırkı durumu haqqında fikir mübadiləsi aparıblar. Tərəflər ölkələr arasında siyasi, iqtisadi, ticarət, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini ifadə ediblər.

Tərəflər, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların hazırkı vəziyyəti, o cümlədən iki ölkə nazirinin Bratislavada keçirilən görüşü ilə bağlı müzakirələr aparıblar.

Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Azvision.az



Teqlər: XİN   Finlandiya   Məmmədyarov  





Xəbər lenti