Ramin Quluzadə Ukraynanın İnfrastruktur naziri ilə görüşüb

Ramin Quluzadə Ukraynanın İnfrastruktur naziri ilə görüşüb
  05 Dekabr 2019    Oxunub:2187
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ölkəmizdə səfərdə olan Ukrayna Respublikasının İnfrastruktur naziri Vladislav Krikliy ilə görüş keçirib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, görüş zamanı iki ölkə arasında nəqliyyat sahəsindəmövcud əməkdaşlıq, gələcək inkişaf perspektivləri və görüləcək işlər barədə geniş müzakirələr aparılıb.

Eyni zamanda Azərbaycan və Ukrayna arasında beynəlxalq yükdaşımalarının səmərəli təşkili və həcminin daha da artırılması məqsədilə birgə addımların atılmasının vacibliyi vurğulanıb.

Azvision.az



Teqlər: RaminQuluzadə  





Xəbər lenti