18 vətəndaşa qarşı dələduzluq edənlər tutuldu

18 vətəndaşa qarşı dələduzluq edənlər tutuldu
  05 Dekabr 2019    Oxunub:1872
18 nəfərə qarşı dələduzluq edən dörd nəfər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, 18 vətəndaşa qarşı dələduzluq etməkdə şübhəli bilinənlər - Bakı şəhər sakinləri M.Şərifov, əvvəllər məhkum olunmuş M.Abdullayev, Şəki rayon sakini V.Abdullayev və Gəncə şəhər sakini, əvvəllər də dələduzluğa görə məhkum olunmuş Ş.Musayev Kəpəz Rayon Polis İdarəsi və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az



Teqlər: DİN   Dələduzluq  





Xəbər lenti