Texniki baxış şərtləri dəyişir

Texniki baxış şərtləri dəyişir
  08 Fevral 2013    Oxunub:1360
Avtomobillərin texniki baxışdan keçirilməsi ilə bağlı qaydalara dəyişiklik edilməsi gözlənilir
Azərbaycanda avtomobillərin texniki baxışdan keçirilməsi ilə bağlı qaydalara dəyişiklik edilməsi gözlənilir. Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verib. Məlumata görə avtomobillərin texniki baxışdan keçirilməsində Avropa təcrübəsindən istifadə ediləcək.

Qeyd edək ki, dekabrın sonunda Prezident İlham Əliyev "Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb. Həmin sərəncama əsasən nəqliyyat vasitəsi sahiblərinin əziyyət çəkməmələri, nəqliyyat sahədə şəffaflığın artırılması ilə bağlı DİN-ə bu sahədə təkmilləşdirilmiş təkliflər verilməsi tapşırılıb. Hazırda bununla bağlı müvafiq təkliflər baxılma ərəfəsindədir.


Teqlər:





Xəbər lenti