Gələn il 3 “ASAN xidmət” mərkəzi istifadəyə veriləcək

Gələn il 3 “ASAN xidmət” mərkəzi istifadəyə veriləcək
  05 Dekabr 2019    Oxunub:15100
Gələn il Bakıda 2, regionlarda isə 1 "ASAN xidmət" mərkəzinin açılacağı gözlənilir.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov deyib.

Onun sözlərinə görə, paytaxtın Nərimanov və Xətai rayonlarında, regionlarda isə Balakən rayonunda mərkəzin açılması nəzərdə tutulub.

C.Salmanov, həmçinin qeyd edib ki, 2020-ci ildə Sumqayıtda "ASAN xidmət" mərkəzinin tikintisinə başlanılacaq: "Sumqayıt ölkəmizin böyük şəhərlərindən biridir və burada əhali sıx olduğu üçün analoji olaraq xidmətlərə müraciət edənləri sayı çoxdur. Sumqayıtda yeni "ASAN xidmət" mərkəzinin açılması şəhərdə vətəndaşlara daha operativ xidmət göstərməyə şərait yaradacaq. Gələn il tikinti işlərinə başlanılacaq. Yəqin k,i 2021-ci ildə açılışı olacaq".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: ASAN-Xidmət  





Xəbər lenti