Nazirlər Kabinetinin Yeni il bayramı ilə bağlı qərarının izahı

   Nazirlər Kabinetinin Yeni il bayramı ilə bağlı qərarının izahı
  05 Dekabr 2019    Oxunub:11482
Nazirlər Kabinetinin iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında Qərarı bayram günləri ilə həftəsonu istirahət günlərini birləşdirərək bayram günlərinin fasiləsizliyini təmin edir ki, bu da vətəndaşların istirahət və bayramlarını daha səmərəli təşkil etməsinə imkan yaradır.
Azvision.az xəbər verir ki, bu fikir Nazirlər Kabinetinin iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında Qərarının izahında yer alıb.

Bildirilir ki, istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında Qərarın 1 ay əvvəldən elan edilməsi isə bayram günlərini səyahətdə keçirmək istəyən vətəndaşlara erkən rezervasiya imkanı yaradır.

Həmçinin qeyd olunur ki, 2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında Sərəncam isə martın 20, 21, 22, 23, 24-nü Novruz bayramı münasibətilə 5 gün qeyri-iş günü müəyyənləşdirib. Bu Sərəncamın da əvvəldən elan edilməsi vətəndaşların bayram günlərini səmərəli planlaşdırmasına xidmət edir.

Sərəncamla mayın 24, 25-i Ramazan bayramı, iyulun 31-i, avqustun 1-i Qurban bayramı günləri müəyyən edilib.

Azvision.az



Teqlər: NazirlərKabineti  





Xəbər lenti